
Beynəlxalq Kipr Universiteti
Ətraflı məlumat: www.ciu.edu.az
KKTC haqqında
Kipr 9.251 km²-lik ərazisi ilə Aralıq dənizinin Siciliya vəSardiniya adalarından sonra üçüncü böyük adasıdır və Aralıq dənizinin şimal şərqində yerləşir. Ada Türkiyənin 64km cənubunda, Suriyanın 96km qərbində, Misirin 400km şimalında və Yunanınstanın 770km cənub şərqindədir. Sərhəd xəttinin uzunluğu 780km-dir.
Kiprin coğrafi mövqeyi
Kipr, Aralıq dənizinin şimal şərqində 34'33" və 35'41" coğrafi enliklər ilə 32'17" və 35'35" coğrafi uzunluqlar arasında yerləşir. Şimaldan Türkiyə, şərqdən Suriya və Livan, cənubdan İsrail və Misir, qərbdən isə Rodos və Girit ilə əhatə olunub. Kipr bu mövqeyi səbəbindən böyük bir geostratejik və geopolitik əhəmiyyətə malikdir. Şərqi Aralıq dənizindəki ticarət yollarını, Anadolu sahillərini və Orta şərqi idarə edəbiləcək vəziyyətdə olmağı tarix boyu bir çox dövlətlərin Kipri suverenliyi altına almaq istəməsinə səbəb olmuşdur.
İqlimi, təbii həyat və bitki örtüyü
Kipr Aralıq dənizi iqlimi hökm sürür. Yayı isti və quraq, qışı mülayim və yağışlıdır. İllik yağıntı miqdarı 500 mm-dir. Orta temperatur yayda 20-30° C, qışda isə 5-15° C olur. Kipr hər fəsil müxtəlif rənglərə bürünən endemik növ ağac və sahib təbiətə malikdir. Sahil bölgələri akasiya, dağətəyi zonalar isə şam ağacları ilə əhatə olunub. KKTC Aralıq dənizində artıq nadir hallarda görünən tərtəmiz sahil və çimərliklərlə zəngin bir ölkədir. Qazimağusa və Boğaz arasında 24km uzunluğunda yerləşən qızıl qumluqlar şərq sahilləri boyunca davam etməkdədir.
Telekommunikasiya
Dünyanın hər bir nöqtəsi ilə telefon, faks və internet əlaqələri saxlama imkanı vardır.
GSM operatorlar: KKTC TELSİM-0542 KKTC TURKCELL-0533 Elektrik 220/240 Volt A/C. 50 Hz
Nəqliyyat
Şimali Kiprdə sol tərəfli nəqliyyat istiqaməti mövcuddur. Adaya daxil olan avtomobillər Şimali Kiprdə mütləq etibarlı sığorta olunmalıdır. Yollarda təyin olunmuş maksimal sürət həddi 100km/saat-dır.
Dövlət müəssisələrinin iş saatları
YAY : iyun-avqust Bazar ertəsi : 7:30-14:00 / 15:30-18:00 Çərşənbə aşxamı-Cümə: 7:30-14:00 QIŞ : Sentyabr-May Bazar ertəsi-Cümə : 8:00-12:30 / 13:30-17:00
Özəl müəssisələrin iş saatları
YAY : Bazar ertəsi-Cümə : 08:00-13:00 / 16:00-18:30 Şənbə : 08:00-13:00 QIŞ : Bazar ertəsi-Cümə : 08:00-13:00 / 14:00-17:00 Şənbə: 08:00-13.00