top of page

“SportExpo 2012”

Beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi

28 noyabr tarixində Azərbaycanda ilk dəfə “Bakı Ekspo” mərkəzində yeni sərgi layihəsi - “SportExpo 2012” beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi öz işinə başlayacaq. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paraolimpiya oyunlarında idmançılarımızın yüksək nailiyyətləri, həmçinin bu sərginin təşkilinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən fəal  dəstək “SportExpo” sərgisinin əhəmiyyətindən xəbər verir.



“SportExpo 2012” sərgisində 50-dən çox eksponentin iştirak edəcəyi planlaşdırılır. Eksponentlər arasında idman və idman sənayesi sahəsində fəaliyyət göstərən özəl və dövlət sektorlarının nümayəndələri, həmçinin idman malları və xidmətlərinin yerli və xarici istehsalçıları, ictimai təşkilatlar, idman federasiyaları və klublar olacaq. Sərginin iştirakçıları ziyarətçilərə idman avadanlıqları və ləvazimatları sahəsində ən son yenilikləri, habelə peşəkar idmançılar, eləcə də idmanı və aktiv həyat tərzini sevən insanlar üçün idman malları və idman geyimlərini nümayiş etdirəcəklər. İdman federasiyaları sərgi meydançasından istifadə edərək, əhalini idmançıların nailiyyətləri və idman sahəsində uğur qazanmağa çalışan gənclər üçün geniş imkanlar, o cümlədən federasiyaların fəaliyyətləri və onların Azərbaycanda idmanın inkişafına verdikləri töhfələrlə yaxından  tanış edəcəklər.



Həmçinin, sərgi Azərbaycanda idmanın inkişafına qayğı göstərən şirkətlərin və kommersiya təşkilatlarının federasiyalar və idman klublarının fəaliyyətləri ilə yaxından tanış olmalarına şərait yaradacaq ki, bu da ölkənin gəncləri arasında onların aktiv fəaliyyətini qoruyub saxlamağa, həmçinin Azərbaycanın aparıcı komandaları və idman cəmiyyətləri ilə tərəfdaşlıq və əməkdaşlıq üçün bütün variantları nəzərdən keçirməyə imkan verəcək.



Bundan başqa, “SportExpo 2012” sərgisi uşaqlar, valideynlər və gənclər, habelə idman hərəkatı və bütün fəal istirahət həvəskarları üçün ən kütləvi və genişmiqyaslı bayrama çevriləcəkdir. Sərginin 3 iş günü ərzində ziyarətçilərə geniş çeşidli idman geyimləri, idman avadanlıqları və idman məhsulları nümayiş etdiriləcək.



45 nəfərlik oturacaq yerləri olan və rahat, dayanacaqsız hərəkət cədvəli üzrə işləyən komfortlu avtobuslar sizi “Bakı Ekspo” mərkəzinə rekord qısa vaxt ərzində çatdıracaq.



“Bakı Ekspo” mərkəzi şəhərin əsas nəqliyyat yolunun kənarında, şəhər mərkəzindən cəmi 10 kilometrlik məsafədə yerləşir. Müasir və sürətli avtomobil yolu “Bakı Ekspo” nişanları ilə təchiz edilmişdir və bunun sayəsində siz yolu asanlıqla tapacaq, tıxaca düşməyəcək və şəhərin mərkəzindən başlayaraq bu yolu orta hesabla cəmi 15 dəqiqəyə qət edəcəksiniz. Şəxsi avtomobilinizi kompleksə bitişik dayanacaqlardan birində saxlaya bilərsiniz.



Sizi sərginin qonaqları arasında görməyə şad olarıq və ümid edirik ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm məhsuldar, həm də faydalı olacaq.

 

Hörmətlə,

Orxan Əhmədov
Layihə rəhbəri

bottom of page